22:45 08-09-2020
news_image
249
FUTBOL

De Byazinin ilk “kəşfi” – milliləşən legioner

Azərbaycan millisinin heyətində debüt gerçəkləşib.

Apasport.az saytının məlumatına görə, “Sumqqayıt”ın futbolçusu Rəhim Sadıxov yığmada ilk oyununa çıxıb.

Milliləşən legioner az əvvəl start fiti verilən Kipr – Azərbaycan görüşündə şans qazanıb. Millətlər Liqasının II turunun Nikosiyanın GSP stadionundakı qarşılaşmayadək milli forması geyinməyən Rəhimə debüt şansını Canni de Byazi verib.

Sadıqov italiyalı mütəxəssisin yığmadakı fəaliyyətində ilk debütantdır. De Byazi bundan əvvəlki  - özü üçün debüt xarakteri daşıyan Lüksemburqla üç gün öncəki matçda (1:2) meydana yeni oyunçu buraxmamışdı.

Rəhim Azərbaycan millisinin tarixinə 237-ci futbolçu kimi düşüb. Bunadək keçirilən 257 matçda 236 oyunçu şans qazanıb.

Qeyd edək ki, oyun sayında millinin rekordçusu Rəşad Sadıqovdur. Yığmanın sabiq futbolçusunun hesabında 111 matç var.