23:06 08-09-2020
news_image
86
FUTBOL

Mövsümün simvolik komandası və oyunçusu - Premyer Liqada

İngiltərə Peşəkar Futbolçular Birliyi (PFA) Premyer Liqada 2019/20 mövsümünün ən yaxşı "11-liy"ini müəyyənləşdirib.

Apasport.az saytının məlumatına görə, eyni zamanda müxtəlif nominasiyaların qalibləri də açıqlanıb.

"Mançester Siti"nin yarımmüdafiəçisi Kevin De Bruyne mövsümün futbolçusu adına layiq görülübsə, "Liverpul"un müdafiəçisi Trent Aleksander-Arnold ən yaxşı gənc oyunçu mükafatına yiyələnib.

Simvolik komandada son çempion "Liverpul"dan 5 futbolçu yer alıb. "Mançester Siti" və "Lester" hərəyə 2, "Bernli" ilə "Arsenal" isə 1 oyunçu ilə təmsil olunub.

Premyer Liqada mövsümün ən yaxşı "11-liy"i: Nik Pope ("Bernli"); Trent Aleksander-Arnold, Vircil van Deyk, Endi Robertson (hamısı "Liverpul"), Çağlar Söyüncü ("Lester"); Cordan Henderson ("Liverpul"), Kevin De Bruyne, David Silva (hər ikisi "Mançester Siti"); Sadio Mane ("Liverpul"), Pyerr-Emerik Obameyanq ("Arsenal"), Ceymi Vardi ("Lester").