23:47 08-09-2020
news_image
247
FUTBOL

Rekordun bir addımlığında - Maksim Medvedev

Maksim Medvedev Azərbaycan millisində 4-cü qolunu vurub.

Apasport.az saytının məlumatına görə, yığmanın kapitanı Millətlər Liqasının II turunun Kiprlə səfər matçına hesabı açıb.

Bunadək meydana çıxdığı 61 matçda 3 qol vuran müdafiəçi 4-cü dəfə fərqlənib.

Medvedev milli tarixinin ən məhsuldar müdafiəçiləri siyahısında 2-ci pilləyə şərik çıxıb. O, 4 qol vuran Mahir Şükürov və Ruslan Abışova çatıb.

Yığmanın tarixinin rekordu isə Rəşad Sadıqova məxsusdur. 5 qol vuran sabiq kapitan millinin ən məhsuldar müdafiəçisidir. Maksimi bu rekorddan bir qol ayırır.

Ümumilikdə isə Medvedev yığmada 4 və daha çox qol vuran 24-cü oyunçudur. O, bombardirlər siyahısında 16-24-cü yerləri bölüşən 9 futbolçudan biridir. Maksim bugünkü qolu ilə Vüqar Nadirov, Yunis Hüseynov, Samir Əliyev, Nadir Nəbiyev, Mahir Emreli, Fabio Luis Ramim, Mahir Şükürov və Ruslan Abışova çatıb.