
21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi davam edir.
Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin yer aldığı 2-ci qrupda daha bir oyun keçirilib.
Qrupun lideri İsveçrə Slovakiyanın qonağı olub. 3 qolun vurulduğu matçda qonaqlar qələbə qazanıb. Meydan sahibləri hesabı açsa da, azlıqda qalan isveçrəlilər ardıcıl 6-cı qələbəni bayram edib. Gürcüstanın qalib gəlməsi, Slovakiyanın uduzması, Azərbaycan millisinin 4-cü yerə qalxması üçün yetərli olub.
Qeyd edək ki, günün digər matçında Lixtenşteyn Gürcüstana 0:2 hesabı ilə uduzub. Azərbaycan yığması isə sentyabrın 7-də Fransaya məğlub olub – 1:2.
U-21-lər arasında Avropa çempionatının seçmə mərhələsi
2-ci qrup
8 sentyabr
19:00. Lixtenşteyn – Gürcüstan – 0:2
Spanderaşvili, 19, Samurkasovi, 34
22:15. Slovakiya – İsveçrə - 1:2
Strelets, 65 – Zeqiri, 87 (pen.), Zelqer, 90
1 |
İsveçrə |
6 |
6 |
0 |
0 |
17-4 |
18 |
2 |
Fransa |
6 |
5 |
0 |
1 |
18-9 |
15 |
3 |
Gürcüstan |
7 |
3 |
0 |
4 |
14-10 |
9 |
4 |
Azərbaycan |
7 |
2 |
0 |
5 |
4-13 |
6 |
5 |
Slovakiya |
6 |
2 |
0 |
4 |
13-17 |
6 |
6 |
Lixtenşteyn |
6 |
1 |
0 |
5 |
3-16 |
3 |