
00:44
Millətlər Liqasında Azərbaycan millisinin rəqibi olan Monteneqro yığması ciddi itki ilə üzləşib.
Apasport.az saytının məlumatına görə, İspaniya “Atletiko”sunda çıxış edən Stefan Saviç cəzalı duruma düşüb.
O, C liqasının 1-ci qrupunun ilk iki turunda Kipr (2:0) və Lüksemburqla (1:0) matçlarda sarı vərəqə alıb. 29 yaşlı müdafiəçi III turun Azərbaycanla matçını buraxacaq.
Qeyd edək ki, Monteneqro – Azərbaycan oyunu oktyabrın 10-da keçiriləcək.