00:58 09-09-2020
news_image
447
FUTBOL

661 günlük həsrətə son - millimizdən

Azərbaycan millisinin qələbə həsrəti başa çatıb.

Apasport.az saytının məlumatına görə, son 4 matçda uduzan yığmamız Millətlər Liqasının II turunun Kiprlə görüşündə 1:0 hesabı ilə qalib gəlib.

Sonuncu dəfə 335 gün öncə qələbə sevinci yaşayan yığmamız 2019-cu il oktyabrın 9-da Bəhreynlə yoldaşlıq görüşündə rəqibini üstələmişdi – 3:2. Həmin matçdan sonra komandamız AVRO-2020-nin seçmə mərhələsində Macarıstana 0:1, Uels və Slovakiyaya eyni – 0:2, Millətlər Liqasında Lüksemburqa 1:2 hesabı ilə məğlub olub.

Millinin rəsmi xarakterli turnirlərdəki son qələbəsi daha öncəyə təsadüf edib. 2018-ci il noyabrın 17-də Farer adalarını 2 cavabsız qolla yenən yığmamız 661 gündən sonra qalib gəlib. Bu müddətdə komandamız 10 görüş keçirib və bunların birində heç-heçə etsə də, doqquzunda uduzub.