01:26 09-09-2020
news_image
330
FUTBOL

"Bizə yaxşı dərs oldu" - Yohan Valem

"Millətlər Liqasında ardıcıl ikinci məğlubiyyəti aldıq. Bu oyun bizə yaxşı dərs oldu".

Apasport.az saytının məlumatına görə, bunu Kipr yığmasının baş məşqçisi Yohan Valem Millətlər Liqasının qrup mərhələsində Azərbaycanla keçirilən oyun haqda danışarkən deyib.

Nikosiyada keçirilən görüşdə yığmamız Maksim Medvedevin yeganə qolu sayəsində 1:0 hesablı qələbə qazanıb.

Valem oyunsonrası mətbuat konfransında fikrini bu sözlərlə davam etdirib: "Güclənməyə davam edəcəyik. İlk hissəni pis keçirdik, rəqib bizə problem yaşatdı və əziyyət çəkdik. Sonra vəziyyət dəyişdi, amma çox gec idi. Oyunçularım lazım olanı etdiyi zaman xoşbəxt oluram. Paltardəyişmə otağında bunu onlara dedim. Bu iki oyun hər kəs üçün yaxşı dərs oldu. Fakt budur ki, inkişaf etməliyik. Hədəflərimizə çatmaq üçün çalışmağa davam edəcəyik".