09:20 09-09-2020
news_image
433
FUTBOL

4-cü zəfər - səfərdə

Azərbaycan millisi tarixində 4-cü dəfə səfər oyununda 3 xal qazanıb.

Apasport.az saytının məlumatına görə, Millətlər Liqasının II turunda Kiprə 1:0 hesabı ilə qalib gələn yığmamız bunadək yalnız üç dəfə rəsmi turnirlərin səfər görüşündən zəfərlə qayıdıb.

İlk belə qələbəsini 2009-cu ildə əldə edən komandamız 2 dəfə dünya çempionatının seçmə oyununda, iki dəfə Millətlər Liqasında sevinib. Bütün bu qələbələr quru hesabla olub.

Millimizin səfər qələbələri (rəsmi turnirlərdə)
10 oktyabr 2009. Vaduts. DÇSO. Lixtenşteyn - Azərbaycan - 0:2
4 sentyabr 2016. Serravalle. DÇSO. San-Marino - Azərbaycan - 0:1
11 oktyabr 2018. Torshavn. ML-D. Farer adaları - Azərbaycan - 0:3
8 sentyabr 2020. Nikosiya. ML-C. Kipr – Azərbaycan – 0:1
DÇSO – dünya çempionatının seçmə oyunu, ML – Millətlər Liqası, D – D liqası, C – C liqası.