11:29 09-09-2020
news_image
262
FUTBOL

Emil Balayevdən ilk – 7-ci oyununda

Millətlər Liqasının II turunun Kiprlə oyunu Azərbaycan yığmasının qapıçısı Emil Balayev üçün əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, 26 yaşlı qolkiper yığmada ilk quru oyununu keçirib.

Emil Nikosiyadakı səfər görüşündə qapısını toxunulmaz saxlayıb. Millimizin 1:0 hesablı qələbəsinə qədər onun hesabında quru oyun yox idi.

Ötən ilin sentyabrında Xorvatiya ilə görüşdə debüt edən Balayev millidə keçirdiyi əvvəlki 6 qarşılaşmada 6 qol buraxıb. 7-ci oyun onun üçün uğurlu olub.