11:41 09-09-2020
news_image
208
FUTBOL

“Milan” transfer edir – sabiq “Qarabağ”lını

Transfer çalışmalarını davam etdirən “Milan” “Bornmut”un qapıçısı Asmir Beqoviçin keçidini həll etmək qərarına gəlib.

Apasport.az saytının məlumatına görə, İtaliya klubu ötən mövsümün ikinci dövrəsini icarə əsasında komandada keçirən 33 yaşlı qolkiperə uzunmüddətli müqavilə təklif edib.

“Rossonyerlər” Bosniya və Herseqovina millisinin üzvü ilə 3 illik saziş bağlamaq niyyətindədir. Yığmanın düşərgəsini tərk edərək “Bornmut”a qoşulacaq Beqoviç özü də “Milan”a keçməkdə maraqlıdır. Premyer Liqa təmsilçisi də müqavilə müddəti gələn ilin yayına qədər olan qolkiperin gedişinə ilkin razılığını verib.

Qeyd edək ki, Asmir Beqoviç ötən mövsümün ilk yarısını “Qarabağ”da keçirib.