13:10 09-09-2020
news_image
115
FUTBOL

Premyer Liqa klubundan rekord – transferdə

İngiltərənin “Aston Villa” klubu heyətinə yeni hücumçu qatacaq.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi Olli Uotkinsin keçidi ilə bağlı “Brentford”la razılıq əldə edib.

Bu, Birminhem klubunun tarixində ən bahalı transfer olacaq. “Şirlər” Uotkins üçün 30 milyin avro ödəyəcək. “Brentford” oyunçunun uğurlu çıxışı zamanı əlavə bonuslar da qazanacaq.

Qeyd edək ki, 24 yaşlı Uotkins ötən mövsüm 50 oyunda 26 qol vurub və Çempionşipin bombardirləri siyahısında 2-ci olub.