15:13 09-09-2020
news_image
439
FUTBOL

Kipr&Azərbaycan – hansı yaşlı komandadır?

Millətlər Liqasının qrup mərhələsinin II turunda Kiprlə səfərdə qarşılaşan Azərbaycan yığması 1:0 hesablı qələbə qazanıb.

Apasport.az saytının məlumatına görə, millimizin Canni de Byazinin rəhbərliyi altında ilk qalibiyyəti əsasən rəqibin gücünün zəifləməsi ilə əlaqələndirilir.

Kiprlilər hələ turnirin startından əvvəl yeni baş məşqçi Yohan Valemin heyətdə gəncləşdirmə siyasəti apardığını və gələcəyin komandasını qurmaq fikrində olduğunu bildirmişdi. Çalışdırıcı özü də Monteneqro, Lüksemburq və Azərbaycanın yer aldığı qrupun autsayderi sayılmalarını normal qarşılayıb.

Valemin Monteneqro və Azərbaycanla görüşlərdə bir neçə gənc oyunçuya şans verməsi də yeni nəslə daha çox güvənmək istəməsindən xəbər verir. Təsadüfi deyil ki, 4 gün ərzində baş tutan iki qarşılaşma üçün Kipr yığmasının heyətinə ilk dəfə dəvət alan futbolçular var idi. Onlardan hətta 4-ü Monteneqro ilə matçda debüt edib, eyni zamanda millimizlə oyunda da meydanda olub.

Yığmamızla qarşılaşmada şans verilən 14 oyunçudan ikisinin cəmi 17, ikisinin isə 22 yaşı var. Dünənki matçda ümilikdə 6 kiprli futbolçunun yaş həddi 25-dən yuxarı olub ki, onlardan yalnız 1-i - Dimitris Kristofi 30 yaşa çatıb.

Nikosiyadakı görüşdə Azərbaycan millisinin meydana ayaq basan ən gənc oyunçusu isə 22 yaşlı Anton Krivotsyuk olub. Yalnız Rəhim Sadıxov debüt etmək imkanı əldə edib ki, onun da 24 yaşı var. Ancaq bu o demək deyil ki, Azərbaycan yığması yaşlı komandadır. Yığmamızda 30 yaş həddini keçən yeganə oyunçu kapitan Maksim Medvedevdir. Qələbə qolunun müəllifinin 31 yaşı var. “14-lük”dən 8-i 26 yaşı hələ haqlamayıb.

Dünən mübarizə aparan “14-lük”lərin orta yaş həddi arasında da elə böyük fərq yoxdur. Kipr yığmasının orta yaş həddi 24,07-dirsə, millimizdə bu, 25,85-ə bərabərdir.

Kipr millisi
Dimitris Kristofi: 30 yaş – 54 oyun
Pieros Sotirou: 27 yaş – 42 oyun
Konstantinos Laifis: 27 yaş - 36 oyun
Çaris Kiriaku: 25 yaş – 27 oyun
Çampos Kiriaku: 25 yaş - 27 oyun
Qriqoris Kastanos: 22 yaş – 25 oyun
Yannis Kusulos: 24 yaş – 19 oyun
Valentinos Sielis: 30 yaş – 16 oyun
Matia Spolyariç: 23 yaş - 10 oyun
Yannis Pittas: 24 yaş - 6 oyun
Andreas Karo: 24 yaş - 2 oyun
Çaralambos Kiriakides: 22 yaş – 2 oyun
Marinos Tzioni: 17 yaş – 2 oyun
Loizous Loizou: 17 yaş – 2 oyun

Azərbaycan millisi
Maksim Medvedev: 31 yaş – 62 oyun
Qara Qarayev: 28 yaş – 59 oyun
Bədavi Hüseynov: 29 yaş – 51 oyun
Araz Abdullayev: 28 yaş – 40 oyun
Ramil Şeydayev: 24 yaş – 28 oyun
Təmkin Xəlilzadə: 27 yaş – 19 oyun
Namiq Ələsgərov: 25 yaş – 18 oyun
Anton Krivotsyuk: 22 yaş – 9 oyun
Coşqun Diniyev: 25 yaş – 9 oyun
Bəhlul Mustafazadə: 23 yaş – 8 oyun
Emil Balayev: 26 yaş – 7 oyun
Abbas Hüseynov: 25 yaş – 4 oyun
Elvin Camalov: 25 yaş – 3 oyun
Rəhim Sadıxov: 24 yaş – 1 oyun