16:00 09-09-2020
news_image
210
FUTBOL

UEFA-dan stadionla bağlı icazə – Çempionlar Liqasında

İtaliyanın “Atalanta” klubu Çempionlar Liqasının ev oyunlarını öz stadionunda keçirəcək.

Apasport.az saytının məlumatına görə, bununla bağlı qərarı UEFA verib.

Qurumun nümayəndələri Berqamodakı stadionda apardığı təftişdən sonra arenadan razı qalıb. Bu səbəbdən də “Atalanta”ya doğma meydanda oynamağa icazə verilib. Onlar komandanın “Atleti Adzurri dİtaliya”da çıxışında problem görməyib.

Qeyd edək ki, “Atalanta” bunadək Çempionlar Liqası oyunlarını Milanda keçirirdi.