16:37 09-09-2020
news_image
170
FUTBOL

Avrokubokların püşkatmasının məkanını dəyişdi - UEFA

Çempionlar Liqası və Avropa Liqasında 2020/21 mövsümünün qrup mərhələsinin püşkatma mərasiminin yeri dəyişdirilib.

Apasport.az saytının məlumatına görə, UEFA tədbirin Yunanıstanın paytaxtı Afinada keçirilməməsini qərara alıb.

Qitə futbol qurumu rəsmi saytı vasitəsilə mərasimin İsveçrənin Nyon şəhərində baş tutacağını bəyan edib. 2019/20 mövsümünün ən yaxşı futbolçuları və baş məşqçilərinin də mükafatlandırılacağı tədbir oktyabrın 1-2-də olacaq. Yunanıstan tərəfi iştirakçıların koronavirusla bağlı sağlamlığının təminatını verə bilmədiyi üçün UEFA bu addıma əl atmalı olub.

Qeyd edək ki, oktyabrın 1-də Çempionlar Liqasının, 2-də isə Avropa Liqasının qrup mərhələsinin püşkü atılacaq.