18:35 09-09-2020
news_image
197
FUTBOL

Serbiyalı hakimlərə tapşırıldı - "Qarabağ" - "Molde" oyunu

"Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsində Norveç klubu "Molde" ilə keçirəcəyi oyunun hakimləri müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, UEFA Kiprə salınan qarşılaşmanı Serbiyadan olan hakimlər briqadasına həvalə edib.

Görüşü Srdyan Yovanoviç idarə edəcək. Ona həmyerliləri Uroş Stoykoviç və Milan Mixayloviç kömək edəcəklər. Qarşılaşmanın dördüncü hakimi funksiyasını Novak Simoviç yerinə yetirəcək.

Qeyd edək ki, "Qarabağ" - "Molde" oyunu sentyabrın 16-da Larnaka şəhərində keçiriləcək.