22:51 09-09-2020
news_image
174
FUTBOL

“Kayrat”ın rəqibi bəlli oldu – Avropa Liqasında

Bu gün Avropa Liqasının I təsnifat mərhələsinin bir oyunu keçirilib.

Apasport.az saytının məlumatına görə, koronavirus pandemiyası üzündən təxirə salınmış matçlardan biri İsraildə baş tutub.

Hayfa “Makkabi”si öz meydanında “Jelezniçar”ı qəbul edib. Hesabı Bosniya və Herseqovina təmsilçisi açsa da, meydan sahibləri əzmkar qələbə ilə mərhələ adlayıb.

Qeyd edək ki, “Makkabi” II təsnifat mərhələsində Qazaxıstan “Kayrat”ını qəbul edəcək. Sentyabrın 17-dəki matçın qalibi növbəti raundda Rusiya “Rostov”unun qonağı olacaq.

Avropa Liqası
I təsnifat mərhələsi
9 sentyabr
21:00. “Makkabi” (Hayfa, İsrail) - “Jelezniçar” (Bosniya və Herseqovina) – 3:1

Çeri, 38, Rukavitsya, 59, Aşkenazi, 66 – Lendriç, 34