23:23 09-09-2020
news_image
123
FUTBOL

Klublar UEFA-dan nə istəyir? - əvəzetmələrlə bağlı

Avrokubokların qrup mərhələsinin oyunları zamanı komandalara 5 əvəzetmə hüququ verilə bilər.

Apasport.az saytının məlumatına görə, Avropanın aparıcı futbol klubları bu qaydanın Çempionlar Liqası və Avropa Liqasına şamil olunmasını istəyir.

Avropa Klublar Assosiasiyasının (ECA) və İtaliya “Yuventus”unun prezidenti Andrea Anyelli futbolçuların sıx təqvimə görə yüklənməsini azaltmaq üçün bu addımın atılmasını zəruri sayır. Klublar UEFA-nın müvafiq qərar verməsi üçün çalışacaq.

Qeyd edək ki, Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (İFAB) qərarına əsasən, hər yarışın təşkilatçısı 2020/21 mövsümündə 5 əvəzetmə ilə bağlı özü qərar verməlidir. Koronavirus pandemiyası ilə bağlı fasilədən sonra keçirilən 2019/20 mövsümünün həlledici görüşlərində bu qaydadan istifadə edən UEFA yeni mövsümün təsnifat mərhələlərində belə addım atmır.