00:48 10-09-2020
news_image
127
FUTBOL

Tyaqo Silva ilə rəqabətdən qaçır – “Everton”a

İngiltərənin “Everton” klubu “Çelsi”nin müdafiəçisi Fikayo Tomorini heyətinə qatacaq.

Apasport.az saytının məlumatına görə, mərkəz müdafiəçisi Liverpul təmsilçisinə icarə əsasında keçəcək.

Onun bir mövsümlük icarəsi barədə iki klub arasında razılıq əldə edilib. “Everton” ötən mövsüm Premyer Liqada 15 oyunda 1 qol vuran müdafiəçinin faydalı olacağına ümid edir.

Qeyd edək ki, Tyaqo Silvanın keçidindən sonra Tomori oyun praktikasını itirə bilər. Bu üzdən gənc futbolçu da icarəyə yollanmağa can atır.