00:17 10-09-2020
news_image
164
FUTBOL

“İnter Mayami”də oynamaq istəyirəm” - Falkao

Avropa Liqasında “Neftçi”nin rəqibi olan Türkiyə “Qalatasaray”ının ulduz futbolçusu Radamel Falkaonun gələcək karyerası ilə bağlı planları bəlli olub.

Apasport.az saytının məlumatına görə, kolumbiyalı hücumçu ABŞ-ın “İnter Mayami” klubunda oynamaq istəyir.

Cənubi amerikalı ingiltərəli futbol əfsanəsi Devid Bekhemin də sahibkarlarından biri olduğu MLS təmsilçisində həmyerliləri ilə yanaşı oynamaq üçün can atır: “Qalatasaray”la müqaviləmin hələ iki ili qalıb. Amma mən “İnter Mayami”də oynamaq istəyirəm. Çünki bu komandada çox kolumbiyalılar çıxış edir. Hələ bir neçə il oynamaq niyyətindəyəm”.

Falkao məşqçi olmaq fikrindən uzaqdır: “Artıq gələcəyim barədə düşünürəm. İstərdim ki, idarə edə biləcəyim bir neçə müəssisəm olsun. Əks halda isə futbolla bağlı hansısa işlə məşğul olmaq istəyirəm. Amma məşqçi olmağı fikirləşmirəm. İdman direktoru və ya agent kimi çalışa bilərəm. Öz təcrübəmlə gənc futbolçulara köməyim dəyər”.

Qeyd edək ki, 34 yaşlı hücumçu “Qalatasaray”a 2019-cu ilin sentyabrında “Monako”dan azad agent kimi keçib.