09:20 10-09-2020
news_image
240
FUTBOL

"Adımı klubun tarixinə yazdıracağam" - "Keşlə"nin braziliyalı transferi

“Keşlə”nin çox gözəl layihəsi var”.

Apasport.az saytının məlumatına görə, bunu “Keşlə”nin yeni transferi Alvaro Tavareş deyib.

25 yaşlı vinger Ukrayna klubu “Lvov”dan Azərbaycan təmsilçisinə keçidini dəyərləndirib. “Sambaçı” iddialı fikirlər səsləndirməklə diqqət çəkib: “Keşlə” üçün faydalı və vacib olacağıma, burada daha uzun müddət qalacağıma ümid edirəm. Bu kluba keçdiyim üçün çox xoşbəxtəm. Paytaxt təmsilçisinin çox yaxşı infrastrukturu var. Ümid edirəm ki, burada uğurlu olacağam və adımı klubun tarixinə yazdıracağam”.

Qeyd edək ki, Alvaro Tavareş “Keşlə” ilə 1 illik müqavilə imzalayıb.