09:33 10-09-2020
news_image
158
FUTBOL

“Qəbələ”də “Slaven”dən çox qazanacaq - Vinko Medimoreç

“Qəbələ”nin yeni transferi Vinko Medimoreç Premyer Liqa təmsilçisinə havayı başa gəlib.

Apasport.az saytı xəbər verir ki, bu barədə Xorvatiya mətbuatı məlumat yayıb.

Bildirilir ki, 24 yaşlı mərkəz müdafiəçisinin Xorvatiya klubu “Slaven”lə müqavilə müddəti başa çatdığı üçün onun keçidi Koprivnitsa təmsilçisinə pul qazandırmayıb. “Ankaragücü”yə 300 min avroya transfer olunan Zvonimir Şarlijadan fərqli olaraq aparıcı futbolçu Medimoreçin azad agent kimi klubu tərk etməsi “Slaven” rəhbərliyinin tənqid olunmasına yol açıb.

Məlumatda o da vurğulanıb ki, Medimoreç “Qəbələ”də “Slaven”dəki maaşından daha çox qazanacaq.

Qeyd edək ki, Vinko Medimoreç “Qəbələ” ilə 1+1 illik müqavilə imzalayıb.