09:57 10-09-2020
news_image
84
FUTBOL

Ştuxlikə növbəti təyinat - UEFA-dan

AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Ştuxlik növbəti təyinat alıb.

Apasport.az saytının məlumatına görə, o, UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində iş başında olacaq.

Avstriyalı sentyabrın 17-də keçiriləcək “Astana” (Qazaxıstan) –  “Budoçnost” (Monteneqro) oyununun hakim-inspektoru vəzifəsini yerinə yetirəcək. Matç Almatı şəhərindəki Mərkəzi stadionda baş tutacaq.