11:29 10-09-2020
news_image
128
FUTBOL

Azərbaycana qol vurdu, qiyməti 40 milyon oldu – fransalı futbolçunun

“Seltik”in hücumçusu Odsonn Eduard bir neçə nəhəng klubun maraq dairəsinə düşüb.

Apasport.az saytının məlumatına görə, 22 yaşlı forvard üçün Şotlandiya təmsilçisi təkliflər alıb.

Fransanın U-21 yığmasının düşərgəsindən yenicə qayıdan Eduardın Avropa çempionatının seçmə mərhələsində Gürcüstan və Azərbaycanla matçlardakı çıxışı və qol vurması diqqətdən yayınmayıb. Təkliflərə baxmayaraq, “Seltik” onu daha bir il saxlamaq niyyətindədir. Ancaq Qlazqo təmsilçisi israrı nəzərə alaraq, hücumçunun transfer qiymətinin 40 milyon funt-sterlinq olduğunu açıqlayıb. Eduardın İngiltərə Premyer Liqa klublarından birinə keçidi istisna edilmir.

Qeyd edək ki, 2018-ci ildə PSJ-dən transfer olunan Odsonn Eduardın “Seltik”lə müqavilə müddəti 2022-ci ilin yayına qədərdir.