11:34 10-09-2020
news_image
56
FUTBOL

Koronavirusa yoluxub - "Napoli"nin prezidenti

İtaliyanın “Napoli” klubunun prezidenti Aurelio De Laurentis koronavirus pandemiyasına yoluxub.

Apasport.az xəbər verir ki, bu barədə Neapol təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilir ki, klub rəhbərindən dünən götürülən testinin nəticəsi pozitiv çıxıb. Futbol funksioneri dərhal karantinə alınıb.

Qeyd edək ki, İtaliya A seriyasında 2020/21 mövsümünə sentyabrın 19-da start veriləcək. “Napoli” ilk oyununu ertəsi gün səfərdə “Parma”ya qarşı keçirəcək.