12:14 10-09-2020
news_image
143
FUTBOL

Mükafatçılar üz-üzə, “Neftçi” qəniminə qarşı – II turda

Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən sonra Azərbaycan Premyer Liqasında II turun matçları keçiriləcək.

Apasport.az saytının məlumatına görə, sabah start götürəcək tur 3 gün davam edəcək.

Bütün oyunları Bakıda təşkil olunacaq turun ilk günündə ötən mövsümün 4 ən yaxşısı üz-üzə gələcək. İlk görüş “Bakcell Arena”da keçiriləcək. Mövsümə qələbə ilə başlayan “Neftçi” son vaxtlar özü üçün münasib olmayan rəqib “Sumqayıt”la görüşəcək. Füzuli Məmmədovun rəhbərliyi altında uduzmayan “ağ-qaralar” Avropa Liqasının “Qalatasaray”la görüşü öncəsi qələbə qazanmağa köklənib. Ötən mövsümün son, cari çempionatın ilk görüşündə, həmçinin Avropa Liqasında uduzan Ayxan Abbasovun yetirmələri ardıcıl məğlubiyyətlər seriyasını qırmaq üçün səfərdən xalla dönməlidir.

Turun mərkəzi oyununda ötən mövsümün mükafatçıları qarşılaşacaq. Son illərin dəyişməz çempionu “Qarabağ” “Keşlə”nin qonağı olacaq. Mövsümə qələbə ilə başlayan rəqiblər xal hesablarını artırmaq üçün mübarizə aparacaq. Qurban Qurbanovun yetirmələri Çempionlar Liqasının “Molde” ilə Kiprdəki vacib görüşü ərəfəsində müsbət əhval-ruhiyyə üçün qalibiyyətə köklənib. Yunis Hüseynovun baş məşqçisi olduğu paytaxt təmsilçisi isə avrokubokdakı uğursuzluğu unutdurmalıdır. 

İkinci oyun günündə bir qarşılaşma keçiriləcək. Paytaxt derbisində “Səbail” “Zirə”ni sınağa çəkəcək. Qonaqlar Rəşad Sadıqovun baş məşqçi kimi Premyer Liqadakı ilk qələbəsinə can atacaq. Aftandil Hacıyevin yetirmələri ilk xalla autsayderlər zonasını tərk etmək əzmindədir.

Tura “Sabah”la “Qəbələ” arasında matçla yekun vurulacaq. İlk turda ev heç-heçəsi edən Elmar Baxşıyevin yetirmələri səfərdən xalla dönmək üçün mübarizə aparacaq. Debütü uğursuz alınan Visente Qomesin kollektivi isə iddiasını qələbə ilə təsdiqləməlidir.

Azərbaycan Premyer Liqası
II tur
11 sentyabr (cümə)
19:00. “Neftçi” – “Sumqayıt”

“Bakcell Arena”
21:00. “Keşlə” – “Qarabağ”
“ASK Arena”

12 sentyabr (şənbə)
19:00. “Səbail” – “Zirə”
“ASCO Arena”

13 sentyabr (bazar)
19:00. “Sabah” – “Qəbələ”
“Bank Respublika Arena”

1

Qarabağ

1

1

0

0

2-0

3

2

Neftçi

1

1

0

0

2-1

3

3

Keşlə

1

1

0

0

1-0

3

4

Qəbələ

1

0

1

0

1-1

1

5

Zirə

1

0

1

0

1-1

1

6

Səbail

1

0

0

1

1-2

0

7

Sumqayıt

1

0

0

1

0-1

0

8

Sabah

1

0

0

1

0-2

0

Bombardirlər: Namiq Ələsgərov ("Neftçi"), Mahir Emreli ("Qarabağ") - 2 qol.