23:00 11-09-2020
news_image
643
FUTBOL

“Neftçi” yenə “Sumqayıt”a uduzdu, “Qarabağ” xal itirdi - Premyer Liqada

Azərbaycan Premyer Liqasında II tura start verilib.

Apasport.az saytının məlumatına görə, turun ilk oyun günündə ötən mövsümün 4 ən yaxşısı meydana çıxıb.

Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən sonra ilk matç “Bakcell Arena”da baş tutub. Mövsümə qələbə ilə başlayan “Neftçi” “Sumqayıt”ı sınağa çəkib. Son illər bakılılar üçün qənimə çevrilən Ayxan Abbasovun yetirmələri iki cavabsız qolla qalib gəlib. Komandasının ilk qələbəsini Əli Qurbaninin dublu rəsmiləşdirib. Gələn həftə Avropa Liqasında “Qalatasaray” önünə çıxacaq “Neftçi” Füzuli Məmmədovun baş məşqçiliyi altında ilk məğlubiyyətini alıb.

Günün digər qarşılaşmasında ötən mövsümün mükafatçıları üz-üzə gəlib. “Qarabağ” səfərdə “Keşlə” ilə qarşılaşıb. Mövsümə qələbə ilə başlayan rəqiblərin duelində qalib müəyyənləşməyib. Komandalar qolsuz sülhə imza atıb.

Qeyd edək ki, turun digər oyunları həftəsonu keçiriləcək. Sentyabrın 12-də “Səbail” “Zirə”ni, ertəsi gün “Sabah” “Qəbələ”ni qəbul edəcək.
 

Azərbaycan Premyer Liqası
II tur
11 sentyabr (cümə)
19:00. “Neftçi” – “Sumqayıt” - 0:2

Qollar: Əli Qurbani, 14, 46
Qırmızı vərəqə: Anton Krivotsyuk, 83
“Bakcell Arena”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Fərid Hacıyev
“Neftçi”: 30. Aqil Məmmədov, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 22. Mirabdulla Abbasov, 2. Cabir Əmirli, 3. Mamadu Mbodj, 36. Mamadu Kane, 91. Tallison Diaz, 29. Sabir Buqrin, 24. Yusuf Laval, 5. Anton Krivotsyuk
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 12. Kamran İbrahimov, 19. Fəhmin Muradbəyli, 6. Voyislav Stankoviç, 28. Stiven Monroz, 10. Saman Nərimancahan, 13. Prins İbara, 26. Ömər Buludov, 4. Rener Alves, 80. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 40. Vüqar Həsənov
Baş məşqçi: Füzuli Məmmədov
“Sumqayıt”: 1. Mehdi Cənnətov, 3. Vurğun Hüseynov (k), 97. Xəyal Nəcəfov, 14. Elvin Bədəlov, 6. Vüqar Mustafayev, 7. Tellur Mütəllimov, 5. Camaləddin Xocaniyazov, 9. Əli Qurbani, 21. Adəm Həmati, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 71. Hüseynəli Quliyev, 10. Rəhim Sadıxov, 33. Eltun Turabov, 4. Kərəm Sultanov, 19. Nurlan Quliyev, 30. Nəbi Məmmədov, 18. Süleyman Əhmədov, 88. Cavid Quliyev, 20. Rüfət Abdullazadə
Baş məşqçi: Ayxan Abbasov

21:00. “Keşlə” – “Qarabağ” - 0:0
“ASK Arena”
Hakimlər: Səbuhi Bayramov, Eyyub İbrahimov, Nahid Əliyev, Rövşən Rəcəbov
“Keşlə”: 1. Stanislav Namaşko, 19. Azər Salahlı, 17. Vüsal İsgəndərli, 2. İlkin Qırtımov (k), 4. Şəhriyar Əliyev, 25. Con Kamara, 21. Miyusko Boyoviç, 48. Dmitro Klots, 11. Silvio Rodriqes, 23. Artur Batista, 14. Turan Vəlizadə
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 27. Əkpər Vəliyev, 3. Tərlan Quliyev, 18. Ruslan Əmircanov, 6. Rəşad Sadiqov, 7. Rəhman Hacıyev, 10. Cavid İmamverdiyev, 8. Tural Axundov, 20. Rail Məlikov, 16. Alvaro Tavares, 99. Rafael Məhərrəmli, 97. Xəzər Mahmudov 
Baş məşqçi: Yunis Hüseynov
“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 55. Bədavi Hüseynov (k), 11. Mahir Emreli, 30. Abbas Hüseynov, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 7. Kvabena Ovusu, 8. Uroş Matiç, 77. Donald Gerye, 81. Kevin Medina, 18. İsmayıl İbrahimli
Ehtiyat oyunçular: 12. Emil Balayev, 5. Maksim Medvedev, 2. Qara Qarayev, 6. Patrik Andrade, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 21. Rauf Hüseynli, 29. Zamiq Əliyev
Baş məşqçi: Qurban Qurbanov

1

Qarabağ

2

1

1

0

2-0

4

2

Keşlə

2

1

1

0

1-0

4

3

Sumqayıt

2

1

0

1

2-1

3

4

Neftçi

2

1

0

1

2-3

3

5

Qəbələ

1

0

1

0

1-1

1

6

Zirə

1

0

1

0

1-1

1

7

Səbail

1

0

0

1

1-2

0

8

Sabah

1

0

0

1

0-2

0

Bombardirlər: Namiq Ələsgərov ("Neftçi"), Mahir Emreli ("Qarabağ"), Əli Qurbani (“Sumqayıt”) - 2 qol.