12:39 10-09-2020
news_image
114
FUTBOL

“Qalatasaray” futbolçusunu satmaq istəyir – “Neftçi” ilə oyuna qədər

Avropa Liqasının II təsnifat mərhələsində “Neftçi”nin rəqibi olan “Qalatasaray” yarımmüdafiəçisi Yunes Belhanda ilə vidalaşmağın yollarını axtarır.

Apasport.az saytının məlumatına görə, rəhbərlik baş məşqçi Fatih Terimin planlarına daxil olmayan 30 yaşlı pleymeykeri transferə çıxarıb.

Ancaq İstanbul təmsilçisi Mərakeş millisinin üzvünün gedişini sürətləndirməyə çalışır. “Sarı-qırmızılılar” həm ona ödənilən 3,3 milyon avroluq illik ödənişdən qurtulmaq, həm də keçidindən qazanc götürmək niyyətindədir. Bu üzdən futbolçunun meneceri Villiam Davila ilə görüş keçirilib. Klub agentdən ən geci gələn həftənin əvvəlində Belhandaya klub tapmasını istəyib.

Qeyd edək ki, “Neftçi” – “Qalatasaray” oyunu sentyabrın 17-də “Bakcell Arena”da keçiriləcək.