13:38 10-09-2020
news_image
248
FUTBOL

“Səbail”də qapını Hagen qoruyacaq? – “Zirə” ilə oyunda

Azərbaycan Premyer Liqasının II turunda “Zirə” ilə keçiriləcək oyuna hazırlaşan “Səbail”in yeni transferlərindən ikisi debüt edə bilər.

Apasport.az saytının məlumatına görə, bunlar qapıçı Nikolas Hagen və yarımmüdafiəçi Əfran İsmayılovdur.

Bir neçə gündür kollektivlə birgə məşqlərdə iştirak edən İsmayılov paytaxt derbisində ən yaxşı halda ikinci hissədə meydana daxil ola bilər. Çünki yarımmüdafiəçi hələ 90 dəqiqə mübarizə aparmaq iqtidarında deyil.

O ki qaldı Hagenə, qəsəbə təmsilçisi qvatemalalı qolkiperin sənədlərini Peşəkar Futbol Liqasına (PFL) təqdim edib. Qurum da öz növbəsində onun adını təsdiqləyib və sifariş ərizəsinə əlavə edib. Maraqlıdır ki, Hagen ABŞ vətəndaşı kimi qeydiyyatdan keçib. Bu da o deməkdir ki, baş məşqçi Aftandil Hacıyev ehtiyac duyarsa, “Zirə” ilə qarşılaşmada çərçivəni Hagen qoruyacaq.

Uzun müddət futboldan uzaq düşən qapıçı Kamran Ağayev isə sifariş olunmasına baxmayaraq, hələ oynamaq iqtidarında deyil.

Qeyd edək ki, “Səbail” - “Zirə” oyunu sentyabrın 12-də “ASCO Arena”da keçiriləcək.