14:16 10-09-2020
news_image
69
FUTBOL

"Roma"nın müdafiəçisini icarəyə götürür - PSJ

İtaliyanın “Roma” klubunun futbolçusu Alessandro Florensi Fransa təmsilçisi PSJ-yə keçmək üzrədir.

Apasport.az saytının məlumatına görə, parislilər 29 yaşlı müdafiəçini icarəyə götürəcək.

Klublar arasında baş tutan danışıqlar artıq müsbət yekunlaşıb. Razılığa əsasən, italiyalı sağ cinah oyunçusu bu gün tibbi müayinədən keçəcək və PSJ-yə transfer prosedurunu yekunlaşdırmaq üçün Parisə yollanacaq. Fransızlar onu gələn il birdəfəlik transfer etmək hüququna malik olacaqlar.

Qeyd edək ki, Alessandro Florensinin “Roma” ilə müqavilə müddəti 2023-cü ilə qədərdir. Futbolçu ötən mövsümün ikinci dövrəsini icarə əsasında İspaniya klubu “Valensiya”da keçirib.