14:21 10-09-2020
news_image
72
FUTBOL

Premyer Liqada 12-ci duel – “Zirə”nin üstünlüyü

“Zirə” Azərbaycan Premyer Liqasında II turunda “Səbail”in qonağı olacaq.

Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “ASCO Arena”da baş tutacaq oyun komandaların ölkə çempionatında 12-ci dueli olacaq.

“Zirə” Premyer Liqada 11 dəfə “Səbail”lə üz-üzə gəlib. Paytaxt klubları ilk dəfə 2017/18 mövsümündə görüşüb. Hesabında 6 qələbə olan zirəlilər 2 görüşdən bir xalla ayrılıb. 3 matçda isə “Səbail” qalib gəlib. Son iki qarşılaşmada qələbələr qazanan “Zirə” top fərqində də üstünlüyə malikdir – 15:7. “Qartallar”ın heyətində 13 futbolçu qol sevinci yaşayıb.

“Zirə”nin üstünlüyü səfər oyunlarında da müşahidə olunur. Baş tutan 6 matçda 4 dəfə üç xala sevinən zirəlilər səfərdən iki dəfə məğlub ayrılıb. Aktivində 7 qol olan “Zirə” futbolçuları iki top buraxıb.

Qeyd edək ki, sentyabrın 12-də keçiriləcək “Səbail” – “Zirə” oyunu saat 19:00-da başlayacaq.