15:31 10-09-2020
news_image
258
FUTBOL

"Qarabağ" - "Neftçi" matçının vaxtı açıqlandı - Premyer Liqada

Azərbaycan Premyer Liqasında III turun oyun cədvəli açıqlanıb.

Apasport.az-ın Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən məlumatına görə, gələn həftə baş tutacaq görüşlərin yeri və vaxtı bəlli olub.

Turun mərkəzi görüşündə ölkənin iki ən titullu klubu üz-üzə gələcək. “Qarabağ”la “Neftçi” arasında Azərbaycan derbisi sentyabrın 20-də baş tutacaq.

Qeyd edək ki, 2 günü əhatə edəcək turun bütün görüşləri “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.

Azərbaycan Premyer Liqası
III tur
19 sentyabr (şənbə)
17:00. “Qəbələ” – “Keşlə”

Qəbələ şəhər stadionu
19:15. “Sumqayıt” – “Səbail”
“Kapital Bank Arena”

20 sentyabr (bazar)
18:00. “Zirə” – “Sabah”

Zirə İdman Kompleksinin stadionu
20:15. “Qarabağ” – “Neftçi”
“Azersun Arena”