22:04 10-09-2020
news_image
80
FUTBOL

Müqavilə imzaladı, icarəyə verdi – “Çelsi”

İngiltərənin “Çelsi” klubu futbolçusu Mişi Batşuayini icarəyə verib.

Apasport.az saytının məlumatına görə, hücumçu növbəti bir ili Premyer Liqanın digər təmsilçisi “Kristal Pelas”da keçirəcək.

Belçikalı forvard yeni komandasına qoşulmazdan öncə “Çelsi” ilə müqaviləsini 2022-ci ilin yayına qədər uzadıb. Mişi artıq ikinci dəfə “Kristal Pelas”a icarəyə verilir. O, əvvəl də bu komandada çıxış edib.

Qeyd edək ki, Mişi Batşuayi 2016-cı ildən "Çelsi"yə məxsus olsa da, müxtəlif klublarda icarə əsasında oynayıb.