22:36 10-09-2020
news_image
112
FUTBOL

"Qarabağ" və "Neftçi"nin matçını idarə edəcək hakimlər - II turda

Azərbaycan Premyer Liqasında II turun ilk iki görüşünün hakimləri müəyyənləşib.

Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, sentyabrın 11-də baş tutacaq “Neftçi” – “Sumqayıt” və “Keşlə” – “Qarabağ” qarşılaşmasının təyinatları açıqlanıb.

"Bakcell Arena"da keçiriləcək “Neftçi” – “Sumqayıt” oyununu Rəvan Həmzəzadə idarə edəcək. Çempion "Qarabağ"ın "ASK Arena"da bürünc mükafatçı "Keşlə" ilə duelində isə Səbuhi Bayramov ədaləti qoruyacaq.

Azərbaycan Premyer Liqası
II tur
11 sentyabr (cümə)
19:00. “Neftçi” – “Sumqayıt”

"Bakcell Arena"
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Fərid Hacıyev
AFFA nümayəndəsi: Asif Əliyev
Hakim-inspektor: Rövşən Əhmədov
 
21:00. “Keşlə” – “Qarabağ”
"ASK Arena"
Hakimlər: Səbuhi Bayramov, Eyyub İbrahimov, Nahid Əliyev, Rövşən Rəcəbov
AFFA nümayəndəsi: Seymur Səlimli
Hakim-inspektor: Ceyhun Haşımov