23:21 10-09-2020
news_image
168
FUTBOL

"Orxus"un rəqibi bilindi - Avropa Liqasında

Bu gün Avropa Liqasının I təsnifat mərhələsinin son oyunu keçirilib.

Apasport.az saytının məlumatına görə, koronavirus pandemiyası üzündən təxirə salınmış görüş Estoniyada baş tutub.

Yerli “Nomme Kalyu” öz meydanında Sloveniya “Mura”sını qəbul edib. Qarşılaşmanın taleyi ilk hissədəcə həll olub. Fasiləyə qədər rəqib qapısından 4 cavabsız top keçirən qonaqlar böyükhesablı qələbəyə sevinib.

Qeyd edək ki, "Mura" II təsnifat mərhələsində Danimarka “Orxus”unu qəbul edəcək. Sentyabrın 17-dəki matçın qalibi növbəti raundda Niderland təmsilçisi PSV ilə öz meydanında qarşılaşacaq.

Avropa Liqası
I təsnifat mərhələsi
10 sentyabr
21:30. “Nomme Kalyu” (Estoniya) - “Mura” (Sloveniya) – 0:4

Zizek, 17, 27, Kous, 33, Kozar, 36