23:47 10-09-2020
news_image
101
FUTBOL

“Lion” müdafiəçisini satdı – İngiltərə klubuna

Fransanın “Lion” klubunun futbolçusu Kenni Tete karyerasını İngiltərədə davam etdirəcək.

Apasport.az saytının məlumatına görə, müdafiəçi “Fulhem”ə keçib.

Tete yeni klubu ilə 4 illik müqavilə imzalayıb. Çempionlar Liqasının yarımfinalçısı bu transferdən 3,2 milyon avro qazanıb.

Qeyd edək ki, futbolçunun gələcək transferinin 10 faizi də lionlulara çatacaq.