00:15 11-09-2020
news_image
71
FUTBOL

“İnter”i “Kalyari”yə dəyişəcək - Qodin

İtaliyanın “İnter” klubunun futbolçusu Dieqo Qodin karyerasını A seriyasının digər komandasında davam etdirəcək.

Apasport.az saytının məlumatına görə, Milan təmsilçisi uruqvaylı müdafiəçisini “Kalyari”yə satacaq.

34 yaşlı futbolçunun keçidi ilə bağlı iki klub arasında razılıq əldə edilib. Fransa “Renn”inin də maraq dairəsində olan cənubi amerikalı A seriyasında qalmağın tərəfdarıdır. Keçidin yaxın günlərdə rəsmiləşəcəyi bildirilir.

Qeyd edək ki, ötən mövsüm çempionatda 23 matça çıxan Qodin 1 qol vurub.