09:09 11-09-2020
news_image
220
FUTBOL

Meza Kolli Rumıniya klubundan ayrıldı - "Keşlə"yə qayıdır?

“Keşlə”nin sabiq futbolçusu Sezar Meza Kolli klubu "Universitatya" ilə yollarını ayırıb.

Apasport.az saytının Rumıniya mətbuatına istinadən məlumatına görə, paraqvaylı yarımmüdafiəçinin yerli komanda ilə müqaviləsinə xitam verilib.

Tərəflər qarşılıqlı razılıqla yollarını ayırdığından, 29 yaşlı oyunçu azad agent statusuna yiyələnib. Onun “Keşlə”yə dönməsi istisna deyil.

Qeyd edək ki, “Universitatya” ilə müqavilə müddəti 2021-ci ilin yayına qədər olan Sezar Meza Kolli ötən mövsümü icarə əsasında “Keşlə”də keçirib.