09:10 11-09-2020
news_image
173
FUTBOL

Yeni hücumçusunu təqdim etdi – “Neftçi”

Azərbaycanı Avropa Liqasında təmsil edən “Neftçi” heyətini gücləndirməkdə davam edir.

Apasport.az saytının məlumatına görə, Bakı klubu bir neçə gündür Bakıda olan konqolu hücumçu Prins İbara ilə münasibətlərini rəsmiləşdirib.

Belçikanın "Beerşot" klubundan azad agent kimi yeni komandasına keçən 24 yaşlı forvard “ağ-qaralar”la 1 illik müqavilə imzalayıb. 

Qeyd edək ki, "Neftçi" buna qədər yay fasiləsində Cabir Əmirli, Yusuf Laval, Sabir Buqrin, Rener Alves de Souza və Tallison Diazı transfer edib.