10:10 11-09-2020
news_image
421
FUTBOL

Olivye Jirunun yeni adresi - İtaliya

İngiltərənin “Çelsi” klubunun hücumçusu Olivye Jiru İtaliyaya köçməyə hazırlaşır.

Apasport.az saytının məlumatına görə, 34 yaşlı forvard “Yuventus”un formasını geyinməyə yaxındır.

İspaniya “Barselona”sının hücumçusu Luis Suareslə danışıqları dayandıran A seriyası çempionu Jiru ilə ilkin razılığa gəlib. Keçid baş tutarsa Fransa millisinin üzvü 2 illik müqavilə imzalayacaq və məvacibi 9 milyon avro olacaq. “Çelsi” bu transferdən 5 milyon avro qazanmağı hədəfləyir.

Qeyd edək ki, Olivye Jiru “Çelsi”yə 2018-ci ildə “Arsenal”dan keçib.