10:17 11-09-2020
news_image
172
FUTBOL

Nömrə seçimini etdi – “Neftçi”nin yeni transferi

“Neftçi”nin yeni transferi Prins İbara nömrə seçimini edib.

Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Konqo millisinin hücumçusu “ağ-qaralar”ın heyətində 13 nömrəli formanı daşıyacaq.

Müqavilə ilə Belçikanın "Beerşot” klubuna (2019-2020; 12 oyun) məxsus olan 24 yaşlı oyunçu mövsümün sonunadək icarə əsasında paytaxt təmsilçisinin heyətində çıxış edəcək.

Qeyd edək ki, Prins İbara Konqonun ACNFF (2014), "Pelikan” (2015; 6 oyun, 6 qol), Tunisin "Bizerten” (2015-2017; 19 oyun, 8 qol), Qətərin "Əl-Vakra” (2017-2018; 9 oyun, 1 qol) və Əlcəzairin "USM Əlcəzair” (2018-2019, 27 oyun, 10 qol) klublarında çıxış edib və 2019-cu ildə Əlcəzair çempionu olub. Ucaboy forvard Konqo millisinin heyətində 11 oyun keçirib, 3 qol vurub.