14:28 11-09-2020
news_image
90
FUTBOL

Baş məşqçi ilə müqaviləni uzatdı – Premyer Liqa klubu

İngiltərənin “Lids” klubu baş məşqçisi ilə bağlı qərar verib.

Apasport.az saytının məlumatına görə, Premyer Liqaya qayıdan klub indiki çalışdırıcısı Marselo Byelsa ilə müqaviləni uzadıb.

Bir ili əhatə edən yeni anlaşma 2020/21 mövsümünün sonuna qədər nəzərdə tutulub. “Lids” Byelsanın rəhbərliyi altında 16 ildən sonra Premyer Liqaya qayıdıb.

Qeyd edək ki, “Lids” ilk turun sabah keçiriləcək matçında “Liverpul”la görüşəcək.