15:38 11-09-2020
news_image
94
FUTBOL

Püşkatmanın yeri müəyyənləşdi – AVRO-2024-ün

AVRO-2024-ün final mərhələsinin püşkatmasının yeri müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, 2023-cü ilin dekabrında təşkil olunacaq tədbirə Hamburq ev sahibliyi edəcək.

Bununla bağlı UEFA və şəhər rəhbərliyi arasında razılıq əldə olunub. Püşkatma Elba Filarmoniyasında təşkil ediləcək. Püşk zamanı final mərhələsinin 24 iştirakçısı hərəsində 4 komanda olmaqla 6 qrupa bölünəcək.

Qeyd edək ki, Almaniyada keçiriləcək AVRO-2024-ün oyunları iyun-iyul aylarında Berlin, Köln, Dortmund, Düsseldorf, Frankfurt, Helzenkirhen, Hamburq, Leypsiq, Münhen və Ştutqartda baş tutacaq.