
01:58
Transfer çalışmalarını davam etdirən “Qəbələ” heyətini daha bir futbolçu ilə gücləndirib.
Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “qırmızı-qaralar” Azərbaycan Premyer Liqasının növbəti turu ərəfəsində braziliyalı Rafael Utziq transferini reallaşdırıb.
24 yaşlı hücumçu ilə 1+1 illik müqavilə imzalanıb. İndiyədək yalnız vətənində çıxış edən cənubi amerikalının son klubu “Parana” olub. Alemao kimi tanınan və sağ cinah vingeri mövqeyində də oynayan Rafael 2018-20-ci illərdə fasilə ilə bu komandanın heyətində A və B seriyalarında çıxış edib.
Qeyd edək ki, Utziq karyerası ərzində “Foz de İquaçu” (2015, 2018), “Kaskavel” (2016), “Ypiranqa Ereçim” (2016-2018) və “Çianorte”nin (2019) də formasını geyinib.