17:05 11-09-2020
news_image
250
FUTBOL

Stadionu dəyişdi - "Neftçi" – "Qalatasaray" matçının

Avropa Liqasının II təsnifat mərhələsinin "Neftçi” – "Qalatasaray” oyununun yeri dəyişdirilib.

Apasport.az saytının məlumatına görə, "Bakcell Arena”da keçirilməli olan matç Bakı Olimpiya Stadionunda (BOS) təşkil olunacaq.

Bununla bağlı hər iki klubun razılığı ilə UEFA-ya müraciət edilib. Avropanın ali futbol qurumu pandemiya dövründə BOS-un geniş infrastruktur imkanlarını nəzərə alaraq oyunun həmin arenada keçirilməsinə razılıq verib.

Qeyd edək ki, sentyabrın 17-də baş tutacaq görüş saat 20:00-da start götürəcək.