17:08 11-09-2020
news_image
140
FUTBOL

"Səbail"dən göndərildi - Hendrik Ekşteyn

“Səbail” klubu futbolçusu Hendrik Ekşteyni cəzalandırıb.

Apasport.az xəbər verir ki, bu barədə Bakı təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilir ki, cənubi afrikalı yarımmüdafiəçi əsas komandadan uzaqlaşdırılıb. Buna səbəb 29 yaşlı oyunçunun nizam-intizam qaydalarını pozmasıdır.

“Səbail”in məşqçilər korpusu Ekşteyni əsas komandanın məşqlərindən kənarlaşdırıb.