19:35 11-09-2020
news_image
117
FUTBOL

"Neftçi"də baş məşqçiyə etiraz - Füzuli Məmmədovun əli havada qaldı

Azərbaycan Premyer Liqasının II turunda "Sumqayıt"la qarşılaşan "Neftçi"də erkən əvəzlənmə baş verib.

Apasport.az saytının məlumatına görə, müdafiəçi Mamabu Mbodj 35-ci dəqiqədə yerini Vojislav Stankoviçə verib.

Əvəzlənmə zamanı seneqallı müdafiəçi baş məşqçi Füzuli Məmmədovun qərarına etirazını bildirib. Maraqlıdır ki, kənara yollanarkən rəqibin baş məşqçisi Ayxan Abbasovla görüşən mərkəz müdafiəçisi Füzuli Məmmədovun uzatdığı əli havada qoyub. Etirazını açıq şəkildə bildirən oyunçu baş məşqçiyə dedikdən sonra birbaşa paltardəyişmə otağına yollanıb.

Qeyd edək ki, hazırda birinci hissəsi gedən "Neftçi" - "Sumqayıt" oyununda qonaqlar 1:0 hesabı ilə öndədir.