
Azərbaycan Premyer Liqasında II turun oyunları üçün növbəti təyinatlar açıqlanıb.
Apasport.az saytının məlumatına görə, sentyabrın 12-13-də baş tutacaq iki görüşün hakimləri, hakim-inspektor və AFFA nümayəndəsi müəyyənləşib.
Sabahkı “Səbail” – “Zirə” oyununu Vüqar Həsənli idarə edəcək. “Sabah” – “Qəbələ” qarşılaşması Əliyar Ağayevə həvalə olunub.
Qeyd edək ki, II tur bu gün start götürüb.
Azərbaycan Premyer Liqası
II tur
12 sentyabr (şənbə)
19:00. “Səbail”– “Zirə”
Hakimlər: Vüqar Həsənli, Rahil Ramazanov, Kamran Bayramov, Orxan Məmmədov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: İlham Əliyev
“ASCO Arena”
13 sentyabr (bazar)
19:00. “Sabah” – “Qəbələ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Tural Qurbanov
Hakim-inspektor: Fariz Yusifov
AFFA nümayəndəsi: Rüfət Əmirov
“Bank Respublika Arena”