21:17 11-09-2020
news_image
60
FUTBOL

“Liverpul”dan yeni transfer – 17 yaşlı qapıçı

İngiltərənin “Liverpul” klubu heyətinə yeni futbolçu qatıb.

Apasport.az saytının məlumatına görə, Premyer Liqanın çempionu braziliyalı qapıçı Marselo Pitaluqa ilə müqavilə imzalayıb.

17 yaşlı qolkiper “Fluminense”dən transfer olunub. “Liverpul” gənc futbolçu üçün 1 milyon avro ödəyib. Daha 1 milyon avro isə bonuslar kimi cənubi amerikalıların büdcəsinə daxil olacaq.

Qeyd edək ki, qapıçının gələcək satışından əldə olunan vəsaitin 25 faizi də Braziliya klubuna çatacaq.