
01:58
Türkiyə Super Liqasında 2020/21 mövsümü start götürüb.
Apasport.az saytının məlumatına görə, yeni mövsümün ilk oyun günündə bir qarşılaşma baş tutub.
I tura Rizədə start verilib. “Fənərbaxça” səfərdə “Rizəspor”la görüşüb. İstanbul təmsilçisi ilk yarıda hesabı açmağa yaxın olsa da, penalti şansını qaçırıb. Meydan sahibləri ikinci hissədə vurulan qolla önə keçsə də, “Fənərbaxça” 2 qol vuraraq əzmkar qələbə qazanıb.
Qeyd edək ki, tura sentyabrın 14-də yekun vurulacaq.
Türkiyə Super Liqası
I tur
11 sentyabr
“Rizəspor” – “Fənərbaxça” – 1:2
Şkoda, 59 – Gönül, 76, Sosa, 86 (pen.)