20:51 12-09-2020
news_image
285
FUTBOL

Bayılda üç penalti – “Zirə”dən 3 xal

Azərbaycan Premyer Liqasında II tur davam edir.

Apasport.az saytının məlumatına görə, bu gün turun daha bir oyunu keçirilib.

Günün yeganə matçı Bakıda baş tutub. Bayıldakı “ASCO Arena”da təşkil olunan görüşdə “Səbail” “Zirə”ni qəbul edib.

Matçın taleyi ikinci hissədə həll olunub. İki qol vuran zirəlilər həm mövsümdə, həm də Rəşad Sadıqovun rəhbərliyi altında ilk qələbəsini qazanıb. Meydan sahibləri bu toplardan yalnız birinin əvəzini çıxıb. 

45 dəqiqə üç penalti zərbəsi ilə də əlamətdar olub. Komandalar hərəyə bir imkandan yararlansa da, Rauf Əliyev qapıçı ilə dueldən məğlub ayrılıb.

Qeyd edək ki, turun ilk günündə “Neftçi” “Sumqayıt”a 0:2 hesabı ilə uduzub, “Keşlə” – “Qarabağ” matçında qol vurulmayıb. Sentyabrın 13-də yekun vurulacaq turun son günündə “Sabah” “Qəbələ”ni sınağa çəkəcək.

Azərbaycan Premyer Liqası
II tur
12 sentyabr (şənbə)

19:00. “Səbail”– “Zirə” – 1:2
Qollar:
Urfan Abbasov, 80 (pen.) - Davit Volkov, 47, Ruslan Qurbanov, 67 (pen.)
54-cü dəqiqədə Rauf Əliyev penaltidən yararlana bilməyib.
Hakimlər: Vüqar Həsənli, Rahil Ramazanov, Kamran Bayramov, Orxan Məmmədov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: İlham Əliyev
“ASCO Arena”
“Səbail”: 96. Nikolas Hagen, 5. Vüqar Bəybalayev, 14. Rahid Əmirquliyev (k), 34. Urfan Abbasov, 55. Adil Nağıyev, 11. Rauf Əliyev, 28. Məqsəd İsayev, 8. Lema Mabidi, 9. Florian Kadriu, 3. Turan Manafov, 99. Bahadur Həziyev
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 26. Kamal Qurbanov, 17. Elçin Rəhimli, 19. Elgün Nəbiyev, 22. Əfran İsmayılov, 16. Peyman Keşavarzi, 13. Əli Sadıxov, 77. Ədilxan Qarəhmədov
Baş məşqçi: Aftandil Hacıyev
“Zirə”: 1. Mateus Albino, 91. Ruslan Qurbanov, 4. Elvin Camalov (k), 2. Sərtan Taşkın, 14. Rəşad Eyubov, 13. Şəhriyar Rəhimov, 9. Davit Volkov, 11. Klesio Bauk, 12. Lazar Corceviç, 44. Dmitrios Çantakias, 7. Tural Bayramlı 
Ehtiyat oyunçular: 22. Rəşad Əzizli, 62. Abdulla Seyidəhmədov, 8. İlkin Muradov, 5. Kərim Diniyev, 3. Ali Sisey, 17. Kayo Rangel, 20. Əli Şirinov, 77. Cəlal Hüseynov
Baş məşqçi: Rəşad Sadıqov

1

Qarabağ

2

1

1

0

2-0

4

2

Zirə

2

1

1

0

3-2

4

3

Keşlə

2

1

1

0

1-0

4

4

Sumqayıt

2

1

0

1

2-1

3

5

Neftçi

2

1

0

1

2-3

3

6

Qəbələ

1

0

1

0

1-1

1

7

Səbail

2

0

0

2

2-4

0

8

Sabah

1

0

0

1

0-2

0

Bombardirlər: Namiq Ələsgərov ("Neftçi"), Mahir Emreli ("Qarabağ"), Əli Qurbani (“Sumqayıt”) - 2 qol.